Sızanaqlardan xilas olmaq, qara nöqtələri təmizləmək və ya üzdəki şişkinliklərdən, göz altındakı qaralmalardan xilas olmaq üçün tərkibində bilmədiyimiz kimyəvi maddələrdən istifadə edilən kremlərə, maskalara, dəriyə qulluq məhsullarına dünyanın pulunu niyə verək ki? Bu gün hər kəsin evində olan sarıkök, qatıq və limondan hazırlanan maskanı sizinlə bölüşəcəyik. Artıq həftə sonu yaxınlaşır, bu resepti qeyd edin və parıldayan bir dəriyə sahib olmaq üçün sınamağa dəyər.
Sarıkök, son dövrdə tərkibində kurkumin (curcumin) adlı maddə sayəsində qızıl dəyərində tanınan bir məhsuldur. Çünki bu aktiv maddə sayəsində orqanizmdə yaranan iltihablanmaların daha sürətli yaxşılaşmasına dəstək olur, toksinlərin, yəni orqanizmimizə girən yad maddələrin bədəndən uzaqlaşdırılmasına da kömək edir.
Əgər dəriniz çox qurudursa, bu qarışığa bal və ya zeytun yağı da əlavə edəbilərsiniz. Hər ikisi də tərkibində olan faydalı maddələr sayəsində dərinizi ağardaraq qidalandıracaq, daha çox quruyub qıcıqlanmasının qarşısını alacaq.
Tərkibi:
-
½ çay qaşığı sarıkök
-
½ çay qaşığı təzə sıxılmış limon suyu
-
2 xörək qaşığı qatıq
-
½ çay qaşığı bal və ya zeytun yağı (zövqə görə)