Göbələkli və tərəvəzli ət paşteti
Порций:
Время приготовления:
Tərkibi:
-
500 qr dana ətinin filesi
-
300 qr şampinyon göbələyi
-
3 ədəd yerkökü
-
4 ədəd soğan
-
2 ədəd bolqar bibəri
-
1/3 ədəd acı bibər
-
qızartmaq üçün bitki yağı
-
duz zövqə görə
Hazırlanma qaydası:
İlk öncə əti və yerkökünü kub şəklində doğrayın və 15 dəqiqə dərin tavada yağda bişirin ( ətlərin qızarması üçün tavanın qapağını örtməyin).
Soğanları halqa doğrayın, bolqar bibərini də, acı bibəri də yarım halqa şəklində doğrayın. Tərəvəzləri ətin üzərinə əlavə edin, duz vurub su tökün və 1,5 saat qapağı bağlı bişməyə qoyun.
Göbələkləri halqavari doğrayın və yağda qızılırəng olanadək qovurun.
Bişmiş tərəvəzləri əti bir qaba tökün.
Blenderlə yaxşıca əzin.
Üzərinə qızardılmış göbələk töküb qarışdırın.
Hazır paşteti bankaya töküb qapağını bağlayıb soyuducuya yerləşdirin. Tərəvəzli və göbələkli ət paştetini soyuducuda bir həftə saxlaya bilərsiniz.
Nuş olsun!
Еще с сайта: