Gilas peçenyesi
Порций:
Время приготовления:
Tərkibi:
-
250 qr kərə yağı və ya marqarin yağı
-
9 qəhvə stəkanı un
-
3 qəhvə stəkanı şəkər kirşanı
-
1 çay qaşığı qırmızı qida boyası
-
aparan qədər fındıq
-
gilas saplağı
-
şəkər tozu
Hazırlanma qaydası:
Bir qabda yağ, un və şəkər kirşanını qarışdırıb xəmir yoğurun.
Xəmirdən gilas böyüklüyündə kündələr qoparıb ovucunuzun içində açın. Kündənin orta hissəsinə bir ədəd bütöv fındıq qoyub xəmiri yuvarlayıb gilas forması verin. Xəmirə gilas saplağını batırın və 175 dərəcə qızdırılmış sobada bişirin. Bir qabda su və qida boyasını qarışdırın. Bişən peçenyeləri isti-isti rəngli suya batırın və şəkər tozuna bulayın.
Nuş olsun!
Еще с сайта: