Gəncə paxlavası

Порций:   Время приготовления:

paxlava-2-300x225

Regionlarımızda hər bölgəyə xas olan müxtəlif növ paxlavalar hazırlayırlar.Ən maraqlısı isə Gəncə paxlavasıdır,onu daha çox kömür üzərində bişirirlər.

Novruz bayramında hazırlamaq üçün sizə Gəncə paxlavasının reseptini təqdim edirik.

Tərkibi:

Xəmir üçün:
  • 2 ədəd yumurta
  • 1 kq un
  • 1 stəkan gülab
  • 2 stəkan süd
  • 50 qr ərinmiş kərə yağı
Aralarına yaxmaq üçün 400 qr ərinmiş kərə yağı  İçlik üçün:
  • 1,5 kq təmizlənmiş qoz
  • 1 kq şəkər tozu
  • 1 çay qaşığı hil
Şərbəti üçün:
  • 1 litr gülab
  • 500 qr şəkər tozu
  • 1 limon

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün təmizlənmiş qozu qozçəkəndən keçirin və üzərinə şəkər tozu, hil töküb qarışdırın. İçliyi 6 bərabər hissəyə bölün. Xəmiri hazırlamaq üçün unu bir qaba ələyin. Ələnmiş unun ortasından yuva açın və çəngəllə çırpılmış yumurtanı əlavə edin. Az-az südü və gülabı əlavə edərək xəmir yoğurun. Xəmir ələ yapışmayan və yumşaq olmalıdır. Ən sonda kərə yağı əlavə edib xəmiri yaxşıca yoğurun. Xəmiri 11 bərabər kündələrə ayırın və üzərinə salafan keçirib dəsmalla örtün.

Şərbəti hazırlamaq üçün bir qaba 700 ml gülab və şəkər tozu töküb qaynadın. Qabığı soyulmuş və dilimlənmiş limonu hazır siropun içinə əlavə edin. Dairəvi podnos (məcməyi) götürün və kərə yağıyla yağlayın. İlk kündəni yayın və yağlanmış podnosə yerləşdirin və ərinmiş kərə yağıyla (təxminən hər qat üçün 2 xörək qaşığı) yağlayın. 2 ci qatı da eyni qayda ilə yayın və üzərinə içliyi tökün. Qalan kündələri ilə eyni qaydayla yayın və 2 qatdan bir içliyi tökün. Ən son 2 qatı sadəcə yayın və üst-üstə qoyun. Üzərinə paxlava forması verib dərin xətlər kəsin.

Əvvəlcədən dəmlənmiş zəfəranı paxlava boyasıyla qarışdırın və paxlavanın üzərinə 2 qat yaxın. Paxlava dilimlərini təmizlənmiş qozla və ya badamla bəzəyin. Paxlavanı 180-200 dərəcə qızdırılmış sobada bişirin. Paxlavanın alt hissəsi bişdikdə sobadan çıxarıb şərbət gəzdirin və sobanın üst gözünə paxlavanın üstü bişməsi üçün qoyun.

Nuş olsun!


paxlava-2-300x225 paxlava-5-300x225  
Метки записи: