Toyuq filesindən tez bir zamanda asan və dadlı yemək hazırlamaq istəyirsinizsə bu resepti özünüz üçün bir yerə qeyd edin.
Fransızsayağı toyuq
Порций:
Время приготовления:
Tərkibi:
- 1 ədəd toyuq filesi
- 80 qr bərk pendir
- 1-2 ədəd soğan
- 5-6 ədəd çeri pomidor
- duz
- istiot
Hazırlanma qaydası:
Əvvəlcədən toyuğun donunu açın. Açılmış filenin enli nazik hissələrə bölün. Kəsilmiş fileni iki tərəfli duzlayın və istiot vurun. Soba sinisini bitki yağıyla yağlayın. Alt qata toyuq filesini düzün, üzərinə yarım halqa doranmış soğanları düzün. Növbəti qata nazik halqa şəklində doğranmış çerri pomidorlarını düzün. Üzərinə rəndələnmiş pendir səpin və sobaya 30 dəqiqəlik bişməyə qoyun. Bişmiş fransızsayağı toyuq yeməyini boşqaba çəkin, üzərinə göyərti səpib süfrəyə verə bilərsiniz.
Nuş olsun!






Еще с сайта: