Fanta qazlı şirəsi ilə çox dadlı keks bişirə bilərsiniz. Həm də hazırlanmasına cəmi 5 dəqiqə vaxt sərf edərək.
Fanta ilə hazırlanmış yumşaq, dadlı keks
Tərkibi:
- 150 qr bitki yağı
- 1 stəkan Fanta
- yarım stəkan şəkər tozu
- 4 ədəd yumurta
- 3 stəkan un
- 1 paket qabartma tozu
Hazırlanması:
Bütün ərzaqları bir qaba töküb, mikserlə qarışdırın. Üzərinə 1 stəkan Fanta töküb, qarışdırmağa davam edin. Xəmiri keks qəlibinə töküb, 160 dərəcə isidilmiş sobada, 50 dəqiqə bişirin. Hazır keksi soyudub, üzərinə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!