Evdə hazırlaya biləcəyiniz ən faydalı içki

Порций:   Время приготовления:

evde-yapilabilecek-saglikli-icecekler-1

Marketlərdə satılan insan sağlamlığını təhdid edən təbii olmayan meyvə şirələri, tərkibində kimyəvi maddələr olan qazlı içkilər əvəzinə ev şəraitində hazırlaya biləyəcəyiniz sağlıqlı içki reseptini təqdim edirik. Bu zərərsiz içkinin tərkibində antioksidant təsiri olan alma ürək-damar xəstəlik riskini azaldır, xərçənglə döyüşür və qan şəkərini tənzimləyir. İstiot həzmi yaxşılaşdırır, darçın antioksidantdır. Eyni zamanda qanda şəkərin səviyyəsinə nəzarət edir, beyin funksiyasını inkişaf etdirir, ürək narahatlıqlarına qarşı qoruyur və bədən temperaturunu artıraraq metabolizmin sürətlənməsinə kömək edir.

Tərkibi:

  • 1 ədəd xiyar
  •  1 ədəd yaşıl alma
  •  1 çay qaşığı bal
  •  2 ədəd çubuq darçın
  • təzə üyüdülmüş istiot

Hazırlanma qaydası:

Bir almanı nazik dilimləyin və bir bankanın içinə atın. Xiyarları da nazik kəsib bankaya əlavə edin. Bal və təzə üyüdülmüş istiotdan bir çimdik əlavə edin. Bankaya bir az boşluq qalacaq qədər su doldurun. Son olaraq çubuq darçını da əlavə edin və gecə boyunca soyuq yerdə gözlədin. İçkini süzün və için. Nuş olsun!
Метки записи: