Ev şəraitində toyuqlu və xama souslu burger
Порций:
Время приготовления:
Tərkibi:
-
6 ədəd burger bulkası
-
kahı yarpaqları
-
2 ədəd xiyar
-
300 qr toyuq filesi
-
1 ədəd yumurta
-
suxari tozu
-
150 qr xama
-
1 budaq cəfəri
-
zövqə görə duz, istiot
Hazırlanma qaydası:
İlk öncə toyuq filesini nazik doğrayın. Bir qabda yumurtanı çırpın. Kəsilmiş toyuq filelərini çırpılmış yumurtaya bulayın, daha sonra suxari tozuna.
Orta odda qızılı rəng olanadək qızardın.
Kahı yarpaqlarını yuyub qurulayın. Xiyarları halqavari kəsin. Xamalı sous üçün bir qaba xama, xırda doğranmış cəfəri, duz və istiot töküb qarışdırın. Burger bulkalarını yarı bölün və bir hissəsini qızdırılmış tavada yağsız isidin.
Bulkanın alt hissəsinə kahı yarpağını yerləşdirin. Üzərinə xamalı sous yaxıb doğranmış xiyarları düzün. Zövqə görə halqavari doğranmış pomidor da düzə bilərsiniz.
Daha sonra qızardılmış toyuq filesini və xiyarları düzün. Kahı yarpağını da yerləşdirib burger bulkasıyla üzərini örtün.
Burger hazırdır.
Nuş olsun!
Еще с сайта: