Qatıq bədən sağlamlığı üçün olduqca faydalı bir qidadır. Mədə və bağırsaqlarda faydalı bakteriyaların ehtiyac duyduğu bir qida məhsuludur. Bundan başqa, tərkibindəki zəngin qida dəyəri və minerallar baxımından da hər gün bir kasa qatıq yeyilməlidir.
Əlbəttə, marketlərdə satılan hazır qatıqlar deyil. Ev şəraitində heç bir qatqı maddəsi olmayan təbii qatıq hazırlaya bilərsiniz.
Hazırlanma qaydası:
Südü qazana tökün, qazanı ocağın üstünə qoyun. Orta odda taxta qaşıq köməyiylə qarışdıraraq südü bişirin. Südü 6-8 dəqiqə qaynadın.
Qaynamağa başlayıb süd qalxdıqda ocağın altını zəiflədin və 10 dəqiqə daha qaynadın. Daha sonra ocaqdan götürün və otaq temperaturunda ilınmağa qoyun. Barmağınızı yandırmayan bir istilik hiss etdikdə nə tamamilə soyuq, nə də tamamilə isti mayalanmaya hazırdır. Maya miqdarını da 1 litr südə 1 xörək qaşığı qatıq götürün. Qatığın içinə bir miqdar şəkər və duz da əlavə edin. Qatığı bir qabın içinə qoyun və bir miqdar süd əlavə edib yaxşı qarışdırın. Sonra bu qarışığı südün içərisinə əlavə edin və qarışdırmağa davam edin.
Mayaladığınız qabların tez qapağını bağlayıb üstünü möhkəm örtün. Otaq temperaturunda təxminən 4-6 saat mayalandırmağa qoyun. Əgər çox soyuq bir havada mayalandırırsınızsa sobanı 40 dərəcədə 15-20 dəqiqə isidin, sobanı söndürüb qapısı açıq şəklidə streç salafan keçirilmiş qabları sobanın orta rəfinə yerləşdirin. Soyuq havalarda bu şəkildə mayalandırma prosesini sürətləndirə bilərsiniz.
Ağ rəngli qidalar
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bunun la yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.
Sarımsaq, ...
Bir qadını ən çox düşündürüb, narahat edən, vaxtından tez qocaldan bilirsinizmi nədir? “Yeməyə nə bişirəcəm?”sualı. Biz xanımlar demək olar ki, hər gün ...