Qızmar yay günlərində, qatqısız ev limonadları ilə süfrələrinizi zənginləşdirin.
Ev şəraitində dadlı Limonad hazırlamağın 3 üsulu
Ərzaqlar:
- Su - 2 litr
- Darçın - 1 çimdik
- Limon – 8 ədəd
- Şəkər – 400 qr
- Albalı şirəsi – 500 m
- Limon şirəsi – 50 ml
- Şəkər tozu – 200 qram
- Bəzək üçün 5-6 ədəd albalı
- Alma şirəsi – 500 ml
- Mineral su – 1 litr
- Limon – 1 ədəd
Hazırlanma qaydası:
Limonlu limonad
Limonun qabığını soyun, yarı bölüb, şirəsini sıxın. Suyu qaynadıb içinə darçın, limon qabığı və şəkər əlavə edib yaxşıca qarışdırın. Qarışıq soyuduqdan sonra süzüb, limon şirəsi ilə qarışdırın.
Albalı limonadı
Albalı və limon şirəsini şəkərlə qarışdırın. Qədəhlərə bir neçə albalı qoyun və 1/3 hissəsinə qədər şirə əlavə edin. Limonadın üzərinə soyuq mineral qazlı su əlavə edin. Albalı limonadını, buzla birgə də süfrəyə vermək olar.
Alma limonadı
Hazır alma şirəsi və mineral su yaxşı soyudulub, birlikdə qarışdırılır. Sonra limon təxminən 2 mm qalınlığında doğranııb, hazır alma limonadına əlavə edilir.