Ev şəraitində dadlı KVAS

Порций:   Время приготовления:

oneÖtən illərin məşhur Kvasını xatırlayırsınızmı? Bu gözəl dadı unutmaq olar?!  Hətta bu içki haqda bəzi əfsanələr gəzirdi ki, ləzzətini itirməməsi üçün kvas çəlləklərində qurbağa saxlayırlar. Bizsə Sizə bu içkini evdə steril şəraitdə hazırlamağı təklif edirik.

Ərzaqlar

Mayalandırmaq üçün:
  • 2 stəkan qaynadılmış ilıq su
  • 2 dilim qara çörək
  • 1 ç/q şəkər tozu
İçki üçün:
  • 2 ovuc qara çörək suxarısı
  • 2 x/q şəkər tozu
  • qaynadılmış su

 

Hazırlanması:

 Mayalamaq üçün 2 dilim qara çörəyi kiçik kub formasında kəsin. Sobada biraz qızardıb, soyudun. Sonra 0,5 l-lik bankaya tökün.  Bankaya şəkər tozu və qaynanmış ilıq su da əlavə edin. Bankanın üzərinə təmiz dəsmal örtüb, mayalanmağa qoyun. Mayalanma müddəti adətən 1-2 sutka çəkir. Bankanın yeri kifayət qədər isti olmalıdır. Mayalanmış kütlənin rəngi tünd, dadı isə turş olmalıdır. Kütlə mayalandıqdan sonra onu, 3 litrlik bankaya töküb, üzərinə 2 ovuc suxarı tökün. Şəkər tozu və ilıq suyu da əlavə edib, qabı doldurun. Bankanın ağzını bir neçə dəfə tənziflə bağlayıb, 1-2 gün günəşin altında və ya isti otaqda saxlayın. Kvasın hazır olub- olmadığını xoş turşməzə dadından bilmək olar. Hazır kvası tənziflə plastik qablara süzün. Hətta zövgə görə içinə 2-3 ədəd kişmiş də atmaq olar. Bir neçə dəqiqə də saxlayıb, qabları soyuducuya soyumağa qoyun.

Kvas soyuyar-soyumaz süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!


EV_SHERAİTİNDE_KVAS 

 

 
Метки записи: