Konfetləri yalnız mağazadan almaq deyil, evdə özünüz də hazırlaya bilərsiniz. Necə? İndi sizinlə sadə üsulla hazırlanmış dadlı və faydalı konfet reseptini bölüşəcəyik.
Ev şəraitində hazırlanan dadlı və faydalı konfet
Порций:
Время приготовления:
Tərkibi:
- 200-250 qr əncir qurusu
- 1 plitka tünd şokolad
- 1 xörək qaşığı kərə yağı
- qoz ləpəsi
- kakao
Hazırlanma qaydası:
Əncir qurusunu qaynar suda isladın və suyunu süzüb kağız dəsmalla qurudun. Plitka şokolada kərə yağı əlavə edib su hamamında və ya mikrodalğalı sobada əridin. Əncirin alt hissəsindən kəsik açaraq qoz ləpəsini əncirin içərisinə yerləşdirin. Daha sonra yumşaq, içi doldurulmuş əncirə truffle forması verib isti şokolada batırıb çıxarın. Şokolada batırılmış trufelləri bərkiməsi üçün boşqaba düzün. Tədricən donmağa başlayan konfetləri kakao bulayıb qozla bəzəyə bilərsiniz. Daha sonra bir neçə saatlıq soyuducuya yerləşidirin. Əncirli şokoladlar hazırdır.
Nuş olsun!



Еще с сайта: