Eskimo tortu

Порций:   Время приготовления:

hqdefault (1)Eskimo dondurması dadında eyni adlı tort reseptini təqdim edirik.

 

Lazım olan ərzaqlar

Xəmir üçün
  • 4 ədəd ağı sarısından ayrılmış yumurta
  • 1 stəkan şəkər tozu
  • 10 x/1 soyuq su
  • 1 x/q kakao
  • yarım ç/q soda
  • 1 stəkan un
  • 1 ç/q vanil
Krem üçün
  • 1 stəkan şəkər tozu
  • 3 x/q un
  • 2 ədəd yumurta
  • 1 stəkan ilıq süd
  • vanil
  • 250 qr kərə yağı
Qlazur üçün
  • 2 x/q şəkər tozu
  • 2 x/q kakao
  • 2 x/q xama
  • 50 qr kərə yağı

Hazırlanma qaydası:

Yumurtaların ağını sarısından ayırıb, ağını yaxşıca mikserlə çalıb, kənara qoyuruq. Yumurta sarıralını 1 stəkan şəkər tozu ilə qarışdırıb, ağaranadək mikserlə qarışdırırıq. Üzərinə soda, 10 x/q soyuq su, 1 x/q kakao, vanil əlavə edib, qarışdırmağa davam edirik.  Sonra taxta qaşıqla qarışdıraraq yumurtanın ağını kütləyə əlavə edirik. Ələnmiş 1 stəkan unu da ehtiyyatla hissə-hissə tökərək qarışdırırıq. Hazır xəmiri yağlanmış biskvit qabına töküb, 180 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişiririk. Biskvit bişən müddətdə krem hazırlayırıq. Qazanda 2 yumurta, 1 stəkan şəkər tozu, və 3 x/q un mikserlə yaxşıca çalıb, üzərinə 1 stəkan ilıq süd əlavə edirik. Daim qarışdırararq,zəif odda bişiririk. Qarışım qaynayandan sonra ocağı söndürüb, tam soyuyanadək gözləyirik. Yumşaldılmış kərə yağı və vanili mikserlə qarışdıraraq, üzərinə soyumuş kremi tökürük.  Krem hazırdır.

Qlazur üçün 2 x/q şəkər tozu, 2 x/q kakao və xamanı qarışdırıb, zəif odda bişiririk. Kütlə qaynayanda ocaqdan götürüb, üzərinə kərə yağı əlavə edib, yaxşıca qarışdırırıq. Biraz soyuduqdan sonra qlazur da hazırdır.

Soyumuş biskvitin üzərinə bütün kremi töküb, hamarlaşdırırıq. 30 dəqiqəsoyuducuda saxladıqdan sonra üzərinə qlazur tökürük. Yenidən soyuducuda gözlədirik.  

Eskimo tortu hazırdır. Nuş olsun!


hqdefault (1)

Метки записи: