Ən dadlı və həcmli toyuq kotleti reseptini sınayaq.
Ən dadlı toyuq kotleti
Tərkibi:
- 500 qr ətçəkən maşından keçirilmiş toyuq əti (2 dəfə keçirilsə daha yumşaq olar)
- 1 ədəd yumurta
- yarım stəkan yulaf kəpəyi
- yarım stəkan su (süd də olar)
- 1 baş soğan
- 2 diş sarımsaq
- istiot,duz
- qızartmaq üçün bitki yağı
Hazırlanması:
Suyu və ya südü yumurta ilə qarışdırıb, yulaf kəpəyi əlavə edin. Qarışımı 20 dəqiqə ərzində kənarda saxlayın. Əzilmiş sarımsağı ətçəkən maşından keçirilmiş soğan və ətlə qarışdırın. Əti ətçəkən maşından 2 və daha artıq dəfə keçirmək lazımdır ki, daha da yumşaq olsun. Kəpəkli qarışıma duz və istiot da töküb, ətli qarışımla birləşdirin. Ətdən parçalar qoparıb, bol bitki yağında ikitərəfli qızardın. Budur ən dadlı və həcmli toyuq kotletləriniz hazırdır. Kotletləri istənilən qarnir və sousla süfrəyə vermək olar.
NUŞ OLSUN!