Gürcü mətbəxi son illər ölkəmizdə çox məşhurlaşıb. Xaçapurinin adını isə, uşaqdan böyüyə hər kəs bilir. Ən dadlı və tez hazırlanan xaçapuri reseptini bölüşürük. Bişirib, doğmalarınızı sevindirin.
Ən dadlı tezbazar xaçapuri
Tərkibi:
- 250 ml qatıq
- 1 ç/q duz
- 1 ədəd yumurta
- yarım ç/q soda
- təxmini 2 stəkan un
- 200 qr kəsmik
- 200 qr pendir (məs: holland pendiri)
- 50 qr kərə yağı
- duz, istiot (zövqə görə)
Hazırlanması:
Qatığa öncə sodanı və duzu, sonra isə yumurtavə unu əlavə edib, xəmir yoğururuq. Üzərinə dəsmal sərib, 20 dəqiqə gözlədirik. Bu müddətdə içlik hazırlayırıq. Pendiri sürtgəcin iri gözündən keçirib, yağ və kəsmiklə qarışdırırıq. Zövqə görə duz və istiotlayırıq. Xəmiri 8 ədəd kündəyə ayırıb, oxlovla yayırıq. Arasına içlikdən qoyub, kənarlarını ülə bükürükki, içlik tam içəridə qalsın. Alınmış kündəni yenidən təxmini 1,5 sm qalınlığında yayıb, üzərini çəngəllə bir neçə yerdən deşirik. Xaçapurini isti və yağsız tavada ikiüzlü bişirib, üzərinə kərə yağı sürtürük.
NUŞ OLSUN!