Bahalı şirniyyat mağazalarının vitrinlərini bəzəyən bu Şokoladlı tortu evdə hazırlamaq necə də asan imiş. Özü də, məşhur kulinarların gizli resepti ilə.
Bahalı şirniyyat mağazalarının vitrinlərini bəzəyən bu Şokoladlı tortu evdə hazırlamaq necə də asan imiş. Özü də, məşhur kulinarların gizli resepti ilə.
Limonu 4 hissəyə kəsib, çəyirdəklərini təmizləyin. Yoxsa krem acı alınacaq. Dilimləri elə qabığı ilə birgə ətçəkən maşından keçirdin. Üzərinə şəkər tozu və yağ əlavə edib, yaxşıca qarışdırın. 1 stəkan südə manna yarması töküb, içində toplar qalmamaq şərtilə qarışdırın. Kütləni qazana töküb, manna sıyığı əldə edənədək bişirin. Sıyığı suyudub, üzərinə limonlu kütləni tökün. 5-10 dəqiqə ərzində mikserlə qarışdırıdıqdan sonra, krem hazırdır.
İndi isə korju bişirək.
Yumurtalar ilə şəkər tozunu qarışdırın. Üzərinə əridilib, soyudulmuşkərə yağı tökün. Sodanı sirkə və ya limon suyunda söndürüb, əlavə edin. Sonda isə birgə ələnmiş un, kakao və qabartma tozu töküb, xəmiri hazırlayın. Xəmiri kənarı açılan biskvit qəlibinə töküb, öncədən isidilmiş sobada 180 dərəcədə bişirin. Tam bişən korja taxta çöp batırıb, çıxaranda çöp quru olmalıdır. Korju soyudub, ortadan eninə 3 hissəyə bölüb, soyudun. Dilimlərin arasını kremləyib, üst-üstə qoyun. Tortun üzərinə və kənarlarına çəkmək üçün, qlazur hazırlayın. Bunun üçün mağazadan aldığınız hazır şokoladı su hamamında əridə və ya 3 fərqli qlazur reseptlərindən birini hazırlaya bilərsiniz. Tortun üstünü zövqə görə bəzəyə bilərsiniz. Lakin özünüzü yormamağı tövsiyə edirik. Çünki bu tortun süfrəyə qoyulması ilə bitməsi bir olacaq.
NUŞ OLSUN!