Ən asan və dadlı Toyuq salatı hazırlayırıq.
Ən asan toyuq salatı
Порций: 2 nəfərlik
Время приготовления:
1,5 saat
Ərzaqlar:
- 300 qr bişirilmiş toyuğun döş əti
- 3 ədəd pomidor
- 3 ədəd qaynadılmış yumurta
- 1 dəstə xırda doğranmış yaşıl soğan
- 50 qr yaşıl noxud
- duz, istiot
- mayonez ( xama da olar)
Hazırlanması:
Bişmiş əti kiçik kub şəkilində doğrayıb. Eyni qaydada doğranmış pomidoru da (içərisinin yumşaq hissəsi xaric) əlavə edin. Xırda doğranmış yumurta, yaşıl soğan və yaşıl noxudu da tökün. Ədviyyatlar və mayonezi də əlavə edib, qarışdırın. Salat hazırdır.
NUŞ OLSUN!
Еще с сайта: