Ən asan şirin xəmir

Порций:   Время приготовления:

Ağızda əriyən  peçenye və piroqlar  üçün ən sadə və tez başagələn xəmir reseptimiz.

xemir1

 

Tərkibi:

  • 100 qr kərə yağı
  • 50 qr şəkər tozu
  • 150 qr un
  • 1 çimdik duz

Hazırlanması:

Yumşaldılmış (ərinmiş deyil!) kərə yağını şəkər tozu və 1 çimdik duzla ağaranadək çırpın. Ələnmiş un əlavə edib xəmir yoğurun. Hazırladığınız xəmiri 30 dəqiqə soyuducuda saxlayın. Sonra xəmiri soyuducudan çıxardıb, istədiyiniz növ şirniyyat hazırlaya bilərsiniz.

xemir2xemir

NUŞ OLSUN!

Метки записи: