Dünyanın məşhur qənnadıçılarından ən dadlı krem reseptləri

Порций:   Время приготовления:

4-luchshix-recepta-krema-krem-patiser-krem-anglez-mindalnyj-krem-krem-pari-brest-ili-krem-muslin-s-pDünyanın ən məşhur qənnadıçılarının sirlərini Sizinlə bölüşməyə davam edirik. Tort, ekler və digər şirniyyatlarınıza unudulmaz dad qatacaq 3 krem resepti ilə tanış olun.

Ərzaqlar:

Patisyer kremi (Crème Pâtissèrie, Pastry cream) Tərkibi:
  • 250 ml süd
  • 1 ç/q vanil
  • 60 qr şəkər tozu
  • 3 yumurta sarısı
  • 25 qr qarğıdalı nişastası
  • 25 qr kərə yağı
 II Badamlı krem
 
Tərkibi:
  • 120 qr kərə yağı
  • 2 yumurta
  • 120 qr şəkər tozu
  • 120 qr üyüdülmüş badam 
III  Anqlez kremi:
 
Tərkibi:
  • 500 ml süd
  • 1 ç/q  vanil
  • 5 böyük yumurta sarısı
  • 100 qr şəkər tozu

Hazırlanması:

Patisyer kremi (Crème Pâtissèrie, Pastry cream)

Südü qaynamağa qoyun. Bir qabda şəkər tozu,vanil, yumurta sarısı və nişastanı qarışdırın. Qaynayan süddən çox az yumurtalı qarışığa töküb dayanmadan qarışdırın(yumurtalar bişməsin deyə). Sonra qalan südü yumurtalı qarışığa tökərək tel çırpıcı ilə ara vermədən qarışdırın. Zəif odun üzərində qazanda 2 dəqiqə bişirin. Kasaya töküb streç sellofanla üzərini örtüb soyuducuda soyudun. Soyuyan qarışığa kərə yağı əlavə edib mikserlə çırpın. Alınan kremi bişmiş pirojnalara, eklerə, tort korjlarına yaxa bilərsiniz.

 II Badamlı krem

Kərə yağını mikserlə çalın. Üzərinə bir-bir yumurta və 1/2 stəkan şəkər tozu əlavə edərək çırpmağa davam edin. Şəkər tozunun qalanını və badam ununu da töküb qarışdırın. Hazırladığınız kremi ya tez istifadə edin ya da saxlama qabında soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Bu kremi də istənilən şirniyyatda istifadə etmək olar.

III  Anqlez kremi:

Vanilli südü və şəkər tozunun yarısını qaynadın. Qalan şəkər tozunu yumurta sarıları ilə çırpın. Südlü kütlənin 1/3 ni yumurtalı qarışığa əlavə edib yaxşıca qarışdırın. Yerdə qalan kütləni də əlavə edib, dayanmadan qarışdırın. Balaca qazana qarışığı töküb zəif odda qaynadın. Oddan götürüb soyudun. Bu krem də tortlarınıza unudulmaz dad qatacaq

NUŞ OLSUN!

 13819885_925496887596540_1111240791_nMoruglu Tort2Tavada Kesmikli Tort
Метки записи: