Əziz kulinarlar, sadə dondurmanın hazırlanmasında çiy yumurtadan istifadə edilməsi ürəyinizcə deyil? O zaman təqdim etdiyimiz ləzzətli dondurma resepti Sizin üçündür.
Dondurma
Ərzaqlar:
- 400 qr qaymaq
- 1 qab qatılaşdırılmış süd
- 0.5 stəkan süd
- 1 paket şanti tozu
- vanil
Öncə qatılaşdırlmış süd ilə qaymaq mikserlə çalınır. Digər qabda soyuq süd ilə şanti tozu də mikserlə qarışdırlıb, bərk krem halına gətirilir. Sonra qaymaqlı qarışıma əlavə edilib, vanil səpilir. Yenidən qarışdırılıb, buzluğa qoyulur. Dondurmamız tam donduqdan sonra, buzluqdan çıxarıb, nuş etmək olar.
Resept üçün Afaq xanıma minnətdarıq.