Dietik yulaflı blinçik

Порций:   Время приготовления:

Faydalı və dadlı səhər qəlyanaltısına dietik yulaflı blinçik bişirərək sağlamlığınızın qeydinə qalın.

Tərkibi:

  • 1 1/3 stəkan yulaf yarması

  • 1/2 çay qaşığı qabartma tozu

  • 1/2 stəkan kəsmik

  • 2 ədəd yumurta

  • 1/2 stəkan su

  • 1 xörək qaşığı zeytun yağı

  • zövqə görə vanil və darçın

Hazırlanma qaydası:

Yulaf yarmasını kofeüyüdəndən keçirib toz halına gətirin. Bir qabda yulaf yarması və qabartma tozunu qarışdırın. Blenderin qabına kəsmik, yumurta, su, zeytun yağı, vanil və darçın töküb yaxşıca qarışdırın. Çırpılmış kütləni yulaf yarmalı qarışığa əlavə edib qarışdırın. Tavanı yüngül yağlayın və xəmirdən tavaya töküb iki tərəfli bişirin.

Zövqə görə blinçikləri süfrəyə bal və cemlə verə bilərsiniz.

Nuş olsun!

Метки записи: , ,