Bu maska bütün ölü və zədələnmiş hüceyrələri bərpa edir, arzuolunmaz tükləri yox edir. Bu süd maskasını tətbiq etdikdə süd kimi ağ və zərif dəriniz olacaq.
Tərkibi:
Jelatin tozu
Süd
Xiyar suyu
Qazlı su
Hazırlanma qaydası:
Bir kasaya 2 xörək qaşığı jelatin tozu tökün. Üzərinə 2 xörək qaşığı süd, çay qaşığının yarısı qazlı su, 1 xörək qaşığı xiyar suyu əlavə edib yaxşıca qarışdırın. Mikrodalğalı sobaya 10-12 saniyəlik qoyun. Fırçanın köməyi ilə maskanı tətbiq edin. O, tamamilə quruyacaq. Quruduqda onu dartıb çıxarın.
Həftədə 3 dəfə bu maskadan istifadə edin və təsirini görün. Yavaş-yavaş tüklərin azaldığını görəcəksiniz. Bədəninizin hər hansı bir hissəsində bu maskanı könül rahatlığı ilə istifadə edə bilərsiniz.
Ağ rəngli qidalar
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bunun la yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.
Sarımsaq, ...
Bir qadını ən çox düşündürüb, narahat edən, vaxtından tez qocaldan bilirsinizmi nədir? “Yeməyə nə bişirəcəm?”sualı. Biz xanımlar demək olar ki, hər gün ...