Bu keks ilk dəfə 30-cu illərdə Amerikada hazırlanıb. O dövrdə ərzaq qıtlığı olmasına baxmayaraq bacarıqlı xanımlar bir-birindən dadlı yeni şirniyyatlar hazırlayırdılar. Məsələn yumurta və kərə yağı istifadə etmədən çox ləziz "crazy cake" bişirirdilər.
Dəli keks (crazy cake)
Ərzaqlar:
- 3 stəkan un
- 2,5 stəkan şəkər tozu
- 1,5 stəkan soyuq su
- 2 ç/q soda
- 2 ç/q üzüm sirkəsi
- yarım ç/q duz
- 1 stəkan bitki yağı
- 1,5 stəkan kakao
- 1 paket vanil
- 2 x/q nişasta
- 1,5 stəkan süd
Geniş bir qaba un, 2 stəkan şəkər tozu, yarım stəkan kakao, vanil və soda töküb, taxta qaşıqla qarışdırırıq. Üzərinə sirkə, su və bitki yağı əlavə edirik. Tel çırpıcı ilə yaxşıca qarışdırırıq. Züvqə görə seçilmiş keks formasını yağlayıb, xəmiri tökürük. Öncədən 170 dərəcə isidilmiş sobada 25 dədiqə bişiririk. Keks bişən müddətdə qlazur hazırlayırıq. Süd, yarım stəkan şəkər tozu və yarım stəkan kakaonu qarışdırırıq. 3 x/q suya nişastanı töküb, həll edirik. Onu da kütləyə qatıb, ocağın üzərinə qoyuruq. Daim qarışdıraraq bişiririk. Üzərində ilk köpüklər yarananda ocaqdan götürüb, soyuduruq. Bişmiş piroqu da soyudub, qlazuru üzərinə tökürük. Keks hazırdır.
NUŞ OLSUN!