Dəfnə yarpağının bilmədiyiniz faydaları

Порций:   Время приготовления:

Dəfnəgillər ailəsindən Laurus cinsindən olan dəfnə, dörd mövsüm yaşıl qalan yarpaqları ilə tanınan bir bitkidir. Tökülməyən yaşıl yarpaqları ilə yeməklərə ləzzət vermək üçün istifadə edilən dəfnə yarpağı, ölkəmizdə “ Dəfnə ağacı " adı ilə tanınır.

Dəfnə yarpağı necə istifadə edilir?

Dəfnə yarpağı, ətirli qoxusuyla ət və balıq xörəklərinə dad vermək üçün istifadə edilir. Xüsusilə ət yeməkləri üçün hazırlanmış souslara əlavə dəfnə yarpağı, balıq yeməklərində marinələrə istifadə edilir və plovlara əlavə olunur. Balıq şorbası kimi sulu yeməklərdə istifadə edilən bitki, hinduşka və toyuq qaynadarkən qazanının dibinə qoyulur.

Dəfnə yarpağı, mətbəxdə istifadəsiylə yanaşı, xalq arasında  dərman kimi də işlədilir. Təzə toplanıb qaynadılan dəfnə yarpağının suyu ilə bədən və saçlar yuyulur. Qurudulan dəfnə yarpaqları, boymadərən yarpaqları kimi qaynadılır və çay kimi işlədilir. Toz halına gətirilən dəfnə yarpağı isə məlhəm hazırlanmasında istifadə edilir.

Dəfnə yarpağı necə saxlanılır?

Dəfnə yarpağı dörd mövsüm yarpaqları düşmədiyi üçün hər zaman yığmaq olar. Lakin may ayı ilə sentyabr ayı arasında yarpaqların qoxusu və ətiri daha fəal olduğu üçün bu aylar arasında yığılması tövsiyyə edilir. Yığılan dəfnə yarpaqları günəş düşməyən təmiz bir yerdə qurudulur. Hava almayacaq şəkildə paketlərə yerləşdirilib qaranlıq və quru şəraitdə saxlanılır.

Dəfnə yarpağının faydaları nələrdir?

  • Axşam yeməyindən sonra içilən dəfnə yarpağı çayı sakitləşdirici xüsusiyyətə malikdir və bədənə rahatlıq verir.

  • Qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı çay olaraq istifadə edilən dəfnə yarpağı;qızdırma salır, baş ağrılarına yaxşı təsir edir və orqanizmi mikroblardan qoruyur.

  • Həm cild, həm də saç baxımında istifadə edilən dəfnə yarpağı saçlardakı ölü dəri və kəpəyi təmizləyir.

  • Tonika olaraq dəri baxımında istifadə edildikdə sızanaqları, sızanaq ləkələrini və günəş ləkələrini azaltmağa köməkçi olur.

  • Qurudulan və toz halına gətirilən dəfnə yarpaqlarının açıq yaralarda infeksiya düşməsinə qarşı istifadə edilir.

Dəfnə yarpağının əks təsirləri nələrdir?

Çox miqdarda istifadə edildikdə mərkəzi sinir sisteminə zərər verən dəfnə yarpağı, çox iylədikdə nəfəs yolları  problemlərinə səbəb ola bilər. Xüsusən həssas dərili insanlarda allergik reaksiyalara səbəb olan bitki, təbii dərman istehsalında istifadə ediləcəksə, həkimə məsləhət edilərək yeyilməsi tövsiyə edilir.

Метки записи: ,