Əziz xanımlar, yəqin ki, artıq müxtəlif turşular qoymağa başlamısınız. Qışın ən çox yeyilən turşusu kələmdən hazırlanır. 3 növ kələm turşusu resepti təqdim edirik. İstədiyinizi seçin.
Əziz xanımlar, yəqin ki, artıq müxtəlif turşular qoymağa başlamısınız. Qışın ən çox yeyilən turşusu kələmdən hazırlanır. 3 növ kələm turşusu resepti təqdim edirik. İstədiyinizi seçin.
Tez yetişən kələm
Hazırlanma qaydası:
Tərəvəzlər xırda doğranılır, qarışdırılıb bankalara yığılır. Salata qaynar marinad tökülür və bankalar qapaqbağlayan alətlə kip bağlanır. Süfrəyə verildikdə üzərinə bitki yağı tökə bilərsiniz.
Qış üçün badımcan ilə kələm salatı
Hazırlanma qaydası:
Badımcanlar təmizlənir, qaynar suda 7 dəqiqə bişirilir və süzülür. Kələm, kök doğranılır və bir qabda qarışdırılır, sarımsaq doğranılır,xırda doğranmış bibər ilə qarışdırılır. Badımcan kub şəkilində doğranılır, duzlanır,sirkə əlavə olunur. Salat bankalara bölüşdürülür və qapaqla bağlanır. Bu marinadı soyuducuda saxlamaq lazımdır. Təxminən bir həftədən sonra nuş edə bilərsiniz.
Kələm salatı
Hazırlanma qaydası:
Tərəvəzləri yuyub, incə-incə doğrayın. Bir qabda qarışdırıb, üzərinə doğranmış cəfəri əlavə edin. Salata sirkə, duz əlavə edib,bankalara bölüşdürün. Sonra qapaqbağlayan alətlə kip bağlayın. Yarım litrlik bankaları 15 dəqiqə sterilizə etmək lazımdır, 1 litrlik bankaları isə təxminən yarım saat.