Çox dadlı Toyuqlu dietik tort

Порций:   Время приготовления:

Dietada olan xanımlar günün istənilən saatında yeyib, sonra vicdan əzabı çəkməyəcəyiniz əla resept təqdim edirik "Toyuqlu tort". Bu maraqlı resepti qonaqlıq süfrələriniz üçün də hazırlaya bilərsiniz.

thumb-840x440-10-696x365

Tərkibi:

  • 10 ədəd yumurta ağı
  • 2 ədəd yumurta sarısı
  • 1 toyuğun döş əti
  • 200 qr kəsmik
  • 1 ovuc doğranmış göyərti 
  • 1 neçə ədəd kahı yarpağı
  • 3 x/q kefir
  • zövqə görə duz, istiot

Yumurtanın ağlarını sarıları ilə qarışdırın.  Hazır kütlədən teflon tavada 3 ədəd sınmayan omlet hazırlayın. Omletlər blinçiki xatırlatmalıdır.  Toyuğun sinə ətini qaynadıb, duz və istiot səpin.  Əti xırda kub şəkilində doğrayın. Kəsmiklə kefir və doğranmış göyərtini qarışdırın. Qaba öncə omletin birini qoyub, üzərinə kəsmikli qarışımdan sürtün. Üçüncü qat toyuq əti və üzərinə bütöv kahı yarpağı qoyun. Bu qayda ilə digər qatları da təkrarlayın. Əgər tortun daha həcmli olmağını istəyirsinizsə, omletləri ortadan iki hissəyə bölüb, və ya kiçik tavada bişirib, 6 qatlı da edə bilərsiniz.  Sonda tortun üzərinə omlet blinçiki qoyub, bir neçə saatlıq soyuducuya qoyun.

Dadlı, doyumlu ən əsası dietik Toyuq tortu hazırdır.

belkovyj_tort_s_kurinoj_grudkoj_dlya_sushki__naget_ru

NUŞ OLSUN!

Reseptimizi bəyəndinizsə rəfiqələrinizlə də, bölüşün.

Метки записи: