Çox dadlı ərikli piroq

Порций:   Время приготовления:

Əriklərlə bişirilmiş çox dadlı və ətirli piroqu çay süfrəsinə verərək yaxınlarınızı sevindirə bilərsiniz.

Tərkibi:

  • 120 qr otaq temperaturunda yumşaldılmış kərə yağı

  • 150 qr şəkər tozu

  • 2 ədəd yumurta

  • 200 qr un

  • 1 çay qaşığı qabartma tozu

  • 1/8 çay qaşığı soda

  • 1 çay qaşığı vanil ekstraktı və ya 1 xörək qaşığı vanil

  • 12-13 ədəd ərik

    Üzəri üçün şəkər kirşanı

Hazırlanma qaydası:

İlk öncə kərə yağını şəkər tozuyla mikserlə çırpın. Üzərinə yumurtaları əlavə edərək çırpmağa davam edin. Vanil töküb yenə çırpın. Ələnmiş un və duzu da əlavə edib yaxşıca qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə çırpdığınız kütləni töküb yayın. Ərikləri bölüb tumlarını çıxarın. Yarı bölünmüş ərikləri xəmirin üzərinə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin. Bişən piroqun üzərinə şəkər kirşanı səpin, dilimləyib süfrəyə verin.

Nuş olsun!

Метки записи: ,