Çiyələkli limonad

Порций:   Время приготовления:

Yaz aylarının əvəzolunmaz içkisi olan, restoranların menyusunda tez-tez rastladığınız çiyələkli limonadı özünüz evdə hazırlaya bilərsiniz.

Tərkibi:

  • 1 ədəd limon
  • 2 kasa çiyələk
  • 1 stəkan limon suyu
  • 1 stəkan şəkər tozu
  • 7 stəkan su

Hazırlanma qaydası:

Bir qazana şəkər tozu və su əlavə edib qaynadın. Qaynadıqdan sonra ocaqdan götürün və soyumağa qoyun. Çiyələkləri belnderdən keçirin. Çiyələk püresini soyuyan şəkərli şərbətə tökün, üzərinə limon suyunu əlavə edin və yaxşıca qarışdırın. Soyuducuda gözlədin və kifayət qədər soyuduqda buzla birlikdə süfrəyə verin. Süfrəyə verən zaman içinə limon dilimləri də yerləşdirə bilərsiniz.

Nuş olsun!
 
Метки записи: