Qızmar yay gönlərində, doğmalarınıza qatqısız, zərərsiz Çiyələkli dondurmanı özünüz hazırlayın.
Çiyələkli dondurma
Tərkibi:
- 200 qr orta yağlı qaymaq
- 200 qr çox yağlı qaymaq
- 150 qr şəkər tozu
- 2 ədəd yumurta sarısı
- 2-3 çay qaşığı limon suyu
- 250 qr çiyələk
Hazırlanması:
Bir qaba orta faizli qaymağı töküb. üzərinə şəkər tozu əlavə edin. Əriyənə qədər ocaqda qaynatmadan qızdırın. Ayrıca bir qabda yumurtaların sarısını qarışdırın. Qaymaqlı kütləni buraya əlavə edin və dayanmadan qarışdırın ki, yumurtalar çürüməsin. Alınan qarışımı yenidən orta istilikdə ocağın üzərinə qoyub, aramsız qarışdıraraq 8-10 dəqiqə ərzində qatılaşadək qaynadın. Hazır kremi ələkdən keçirib, üzərinə yağlı qaymağı tökün və mikserlə çalın. Çiyələyə limon suyu sıxıb, blenderlə püre halına gətirin və kremin üzərinə tökün. Dondurmanı mikserlə yaxşıca qarışdırıb, dondurucuya qoyun. Çiyələkli dondurmanı soyuq halda yemək lazımdır.
Nuş olsun!