Qış hazırlıqlarınıza kömək məqsədi ilə Çiyələk mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik.
Çiyələk mürəbbəsi
Lazım olan ərzaqlar:
- 3 kq çiyələk
- 3 kq şəkər tozu
Hazırlanma qaydası:
Çiyələklərin saplaqları təmizlənir, yuyulub suyu süzülür. Üzərinə şəkər tozu əlavə edilir. Bu zaman çiyələklər şirəsini buraxmağa başlayır. Şirəsi çıxdıqdan sonra, vam odda qazın üzərinə qoyulur. Şəkər tozu əriyib qaynamağa başlayanda, ocaq söndürülür. Tam soyuduqdan sonra yenə qaynadılıb, kənarda soyumağa qoyulur. Tam soyuduqdan sonra 3-cü dəfə ocağa qoyulub, yüksək odda bişirilib götürülür. Bişmə müddəti bu cür mərhələ ilə 3 dəfə tekrarlandıqda çiyələklər dağılmır.Mürəbbə bişdikdən sonra, isti-isti kəfini götürmək lazımdır. Soyuduqda çətin olur. Hazır mürəbbə təmiz, steril bankalara yığılıb, qapaqla möhkəm bağlanılır.
Resept üçün Afaq xanıma minnətdarıq!