“Çiyələk” formalı balıq salatı

Порций:   Время приготовления:

Siyənək balığı ilə çox dadlı və görünüşü göz oxşayan salat hazırlaya bilərsiniz.

Tərkibi:

  • 1 ədəd çuğundur

  • 2-3 ədəd kartof

İçlik üçün:

  • 1 ədəd duzlu siyənək balığı

  • 1 ədəd yaşıl soğan

  • şüyüd

Sous üçün:

  • limon suyu

  • zeytun yağı

Üzəri üçün küncüt, cəfəri

Hazırlanma qaydası:

Kartof və çuğunduru suda bişirin, qabıqlarını soyun və soyudun.

Çuğunduru rəndənin xırda gözündə rəndələyin, kartofları püre halına gətirin. Kartofla çuğunduru birlikdə qarışdırın.

Siyənək balığını və soğanı xırda doğrayın. Şüyüdü də xırda doğrayıb balıq və soğanla birlikdə qarışdırın.

Kartoflu-çuğundurlu kütlədən qoz böyüklüyündə götürün, orta hissəsinə balıqlı içlikdən qoyun və yuvarlayıb "çiyələk" forması verin.

Zeytun yağı və limon suyundan sous hazırlayın və çiyələkləri sousa bulayın və küncüt səpin.

"Çiyələk"lərin  saplağı üçün cəfəri batırın.

Nuş olsun!

Метки записи: ,