Çiyələk cemi hazırlayıb, səhər yeməyi süfrələrində əzizlərinizi sevindirin.
Çiyələk cemi
Tərkibi:
- 2 kq çiyələk
- 1.4 kq şəkər tozu
Hazırlanma qaydası:
Çiyələklər saplağından təmizlənir, yuyulub suyu süzülür ve ətçəkən maşından keçirilir.Üzərinə şəkər tozu əlavə edilərək, bişməyə qoyulur.Bişən zaman tez-tez qarışdırılır ki, cemin dibi yapışmasın. Cemin bişdiyini bilmək üçün suyu çəkilənə yaxın qaşıqla bir qaba töküb, soyumağını gözləyin. Soyuduqdan sonra, istədiyiniz qatılıqdadırsa, ocağı söndürün. Biraz daha qatı olmağını istəyirsinizsə, o zaman bişirmeye biraz da davam edin. Hazır cemi soyudub, sterlizə edilmiş süsə bankalara yığın. Ağzını möhkəm bağlayıb, sərin yerdə saxlayın.
Resept üçün Afaq İsrafilovaya minnətdarıq.