Qida dəyəri yüksək olan qidaları seçim edərək yağ yandırmağı sürətləndirə bilərsiniz.
Zeytun yağı, çəki almağına təsir göstərən kortizol (stress hormonu) səviyyələrini salır və pis yağları aradan qaldırmağa köməkçi olur. Ən yaxşı üsul ac qarnına bir qaşıq zeytun yağı içməkdir, sevməsəniz, salat, ya da şorbaya əlavə edərək istifadə edin.
Alma, vitamin və antioksidant baxımından zəngindir.Bu səbəblə qarın nahiyyəsində olan yağların yandırılması üçün idealdır. Yaxşı nəticələr əldə etmək üçün gündə ən az 3 alma yeyin.
Banan mükəmməl bir kalium, kalsium, maqnezium və vitamin mənbəyidir. Gündə bir banan yemək də çəki itkisinə böyük təsir göstərir.
Turunçgillər (portağal,limon) insulin səviyyələrini salır. C vitamini baxımından zəngin olan turunçgillər yağ yandırılmasını sürətləndirir.
Təzə dəniz məhsulları doymamış yağdan ibarətdir və yığılmış yağların qarşısının almağınıza köməkçi olar. Bununla yanaşı, dəniz məhsulları mükəmməl omega-3 mənbələridir.
Qovun və qarpız kalium baxımından zəngindir və şişkinliyin qarşısını alır.
Qoz və badam yüksək nisbətdə omega-3 və zülal daxildir. Bununla yanaşı badam yemək şəkərinizə nəzarət etməyinizə və metabolizminizi işlətməyə köməkçi olar.
Kinoa iştaha nəzarət edən və eyni zamanda yağ yandırmağı sürətləndirən; yüksək lifli, aşağı kalorili qidadır. Zülal, antioksidant, dəmir, sink, selen və E vitamini daxildir. Ət və ya tərəvəz yeməklərinizdə düyü əvəzinə istifadə etmək olar.
Avokado yemək aclıq hissinizi aza endirir. Bundan başqa, lif və doymamış yağdan ibarətdir və çəki almağının qarşısını alır.
Pomidor yemək qandakı xolesterin və yağ miqdarını azaldır. Pomidor yedikdə özünüzü daha tox hiss edirsiniz.