Çaxoxbili əslində qırqovuldan hazirlanır. Amma muasir Gürcü mətbəxində toyuq ilə əvəz olunur. Qirqovulla çaxoxbilinin hazirlanması eyniylə aşağıdaki kimidir.
Çaxoxbili-Gürcü mətbəxi
Tərkibi:
- 1 ədəd toyuq
- 2 xörək qaşığı əridilmiş kərə yağı və ya bitki yağı
- 4 ədəd soğan
- 8 ədəd pomidor
- 3 diş sarımsaq
- yarım stəkan doğranmış göyərti (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
- 0,5 çay qaşığı pul bibər
- duz
- istiot
Hazırlanma qaydası:
1 ədəd toyuğu 8-10 tikəyə bölün. Yağı tavada əridin. Toyuğu əlavə edib hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı doğrayın və tavaya əlavə edin. 10 dəqiqə arabir qarışdıraraq bişirin. Pomidorun qabıqlarını soyun və doğrayın. Pomidoru da əlavə edib qapağını örtün və toyuq bişənə qədər bişirin. Doğranmış sarımsaq, göyərti, pul bibər, duz və istiot əlavə edin. Qapağını örtün və 5 dəqiqə daha bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.
Nuş olsun!