Əziz kulinarlar, ən asan bulka reseptini sizə təqdim edirik.
Bulka
Порций: 20 ədəd
Время приготовления:
40 dəq
Ərzaqlar:
- yarım litr süd
- 1 paçka yağ
- 1 stəkan şəkər tozu
- 1 paket vanil
- 2 ədəd yumurta
- 50 qram maya
- apardığı qədər un
Hazırlanma qaydası:
Yumuşaldılmış yağ, şəkər tozu, yumurta və vanili mikserlə aşağı sürətdə qarışdırırıq. Sonra maya və un əlavə edirik. Yumuşaq xəmir halına gətiririk.
Xəmiri yoğurub bir kənara qoyuruq, 15 dəqiqəyə özünə gəlir. Kündələri hazırlayıb, üstünə yumurta sarısı çəkib sobaya qoyuruq. 15 dəqiqədən sonra bulkalarımız hazırdır.Nuş olsun!

Еще с сайта: