Briyoş fransız çörəyi (Fransa mətbəxi)
Порций:
Время приготовления:
Tərkibi:
-
1 paket quru maya
-
yarım stəkan ilıq süd
-
3 xörək qaşığı şəkər tozu
-
1 çay qaşığı duz
-
3 ədəd yumurta
-
125 qr kərə yağı (otaq temperaturunda)
-
4,5 stəkan un
Hazırlanma qaydası:
İlk öncə bir qabda maya, süd və şəkər tozunu qarışdırıb 5 dəqiqə gözlədin. Daha sonra un və duzu əlavə edib xəmir yoğurun. Yumurtaları bir-bir əlavə edərək yoğurmağa davam edin. Kərə yağını da əlavə edib yumşaq xəmir yoğurun. Üzərini örtüb 1 saat dincəlməsi üçün kənara qoyun. Daha sonra xəmiri unlu dəzgaha qoyub üzərinə yüngülcə un səpib ələ yapışmayana qədər yoğurun.
İstəsəniz xəmiri birbaşa soba qəlibinə qoyub çörək formasında bişirə bilərsiniz. Ya da şəkildəki kimi xüsusi qəliblərdən istifadə edərək tək nəfərlik briyoşlar edə bilərsiniz.
Briyoşlara şəklini verdikdən sonra 1 saat daha kənarda saxlayın. Üzərinə yumurta sarısı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üstü qızaranadək (təxminən 25 dəqiqə ) bişirin.
Nuş olsun!
Еще с сайта: