Soyuq qış günlərində sizi hər xəstəlikdən, soyuqdəymədən qoruyacaq böyürtgən mürəbbəsinin resepti bizdə
Böyürtkən murəbbəsi
Tərkibi:
- 2 kq böyürtgən
- 2 kq şəkər tozu
Hazırlanması:
Böyürtgənlər bol suda yuyulur, aşsüzənə yığılıb, suyu cəkilir.
Bişirəcəyimiz qaba 1 stəkan su tökülür. Su qaynayanda üzərinə şəkər tozu əlave edilir. Aşağı odda şəkər tozu əridilir.
Şirə hazır olanda böyürtgənlər əlavə edilir. Bir dəfə qaynatdıqdan sonra, ocağı söndürüb, mürəbbənin tam soyumağını gözləyirik.
İkinci defe Yüksək odda yenidən bişiririk. Soyuduqdan sonra mürəbbəni sterlizə edilmiş banklara töküb, qapaqla kip bağlayırıq.
NUŞ OLSUN!
Resept üçün Afaq xanıma minnətdarıq.