Ətli blinçiklərdən cana doymusunuz? Təqdim etdiyimiz içlik reseptlərini sınayın. Bu içliklərlə hazırladığınız blinçiklər həm şirniyyat həm də qəlyanaltı süfrələrinizi bəzəyəcək.
Blinçik üçün 8 fərqlı içlik
Ərzaqlar:
- 4 ədəd yumurta
- 50 qr yaşıl soğan
- 1 ovuc şüyüd
- duz
- 500 qr kəsmik
- 1 ədəd yumurta sarısı
- 2 x/q şəkər tozu
- 50 qr kişmiş
- 1 toyuğun döş əti
- 1 ovuc xırda doğranmış şüyüd
- 2 ədəd bişirilmiş yumurta
- duz, istiot
- 2 ədəd turşməzə alma
- 5-6 ədəd qoz
- 1-2 x/q şəkər tozu
- 1 çimdik darçın
- 3 ədəd banan
- 50 qr qaymaq (3 x/q)
- 250 qr pendir
- 2 x/q mayonez
- 1 ədəd yerkökü
- 1 diş sarımsaq
- 500 qr göbələk
- 2 baş soğan
- duz, istiot
- 500 qr dana ciyəri
- 2 baş soğan
- 1 ədəd yerkökü
- 3 ədəd yumurta
- duz, istiot
Hazırlanması:
I Yumurtalı içlik
Yumurtaları qaynadıb, qabığını təmizləyib, sürtgəcdən keçirin. Yaşıl soğan və şüyüdü xırda doğrayıb, az yağda 5 dəqiqə qızardın. Rəndələnmış yumurtaları da əlavə edib, qarışdırın.Zövqə görə duzlayıb, blinçikin içinə qoyub, bükün.
II Kəsmikli içlik
Kəsmiyin içinə yumurta sarısı şəkər tozu və isti suda 5 dəqiqə isladılmış kişmiş əlavə edib, qarışdırırıq. Blinçikin içərisinə qoyub, bükdükdən sonra, az yağda qızardırıq.
III Toyuqlu içlik
Toyuğun döş ətini bişirib, ətçəkən maşından keçirdin. Üzərinə doğranmış süyüd, sürtgəcin iri gözündən keçirilmiş yumurtaları da əlavə edin, duz və istiotlayın. İçlik hazırdır.
IV Almalı, qozlu içlik
Almaları soyub, rəndələyin. Qozu da xırda-xırda doğrayın. Rəndələnmiş almanın üzərinə tökün. Darçın və şəkər tozu da səpib, qarışdırın. İçlik hazırdır.
V Bananlı içlik
Bananları və qaymağı blender vasitəsilə tam püre halına gətirin. İçlik hazırdır.
VI Pendirli içlik
Yerkökünü qaynadıb, sürtgəcin xırda gözündən keçirin. Pendiri isə sürtgəcin iri gözündə rəndələyin. 1 diş sarımsağı da əzib, qarışıma əlavə edin. Mayonezlə qarışdırın. İçlik hazırdır.
VII Göbələkli içlik
GÖbələk və soğanı xırda doğrayıb, az yağda qızaranadək qovurun. Zövqə görə duz və istiot əlavə edin. İçlik hazırdır.
VIII Ciyərli içlik
Ciyəri yaxşıca yuyub, xırda doğrayın. 1 dəfə qaynatdıqdan sonra suyunu atıb, yenidən təmiz suda qaynadın. Bişdikdən sonra, xırda doğranmış soğan və yerkökü ilə qovurun. Üzərinə rəndələnmış yumurtaları da əlavə edin. Zövqə görə duz və istiot səpin.
NUŞ OLSUN!

