Bu acikanı hazırlamağa sizə minimum vaxt lazım olacaq. Çünki onu bişirməyə ehtiyac yoxdur.
Bişmədən hazırlanan acika
Tərkibi:
- 4 kq pomidor
- 1,5 kq bolqar bibəri
- 3 ədəd çili bibəri
- 200 qr sarımsaq
- 200 ml sirkə( 9%lik)
- 2 xörək qaşığı duz
Hazırlanması:
Pomidorları və bibərləri yuyub qurudun. Bolqar və çili bibərlərinin saplaqalrını kəsin. Sarımsağı qabığından təmizləyin. Hamısını ətçəkən maşından keçirin, sirkə və duz əlavə edin.Yaxşıca qarışdırın və 1 saatlıq kənarda saxlayın. Saatın tamamında yenə yaxşıca qarışdırın və təmiz quru bankalara tökün.Acikanı sərin yerdə(zirzəmi,soyuducu) saxlamaq olar. Nuş olsun!