Bir günə hazır olan pomidor turşusu
Порций:
Время приготовления:
Tərkibi:
-
1 kq pomidor
-
1 ədəd qırmızı bolqar bibəri
-
180 qr baş soğan
-
1 dəstə şüyüd
-
0,5 ədəd sarımsaq
Marinad üçün:
-
1 litr su
-
50 qr duz
-
120 qr şəkər tozu
-
100 qr uksus 9%
Hazırlanma qaydası:
İlk öncə marinad üçün duz, şəkər tozu, uksus və suyu bir qazanda qaynadın və otaq temperaturunda soyudun.
Pomidorları yuyun və baş hissəsindən xaçvari kəsiklər atın. Qaynayan suya 1 dəqiqəlik pomidorları salıb çıxarın. Pomidorların qabıqlarını soyun.
Dərin bir qazana xırda doğranmış şüyüd, yarımhalqa kəsilmiş bibər və soğanları tökün. Xırda doğranmış sarımsaq da əlavə edib yaxşıca qarşdırın. Qabıqları soyulmuş pomidorları bu qarışığın içinə yerləşdirin.
Soyuyan marinadı bu qarışığa əlavə edin və soyuducuya yerlşdirin.
1 gün sonra pomidor turşusunu yeməklərin yanında süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Еще с сайта: