Bibərli pendirli çörək dilimləri
Порций:
Время приготовления:
Tərkibi:
- 8-9 dilim çörək
- 2 ədəd qırmızı bibər
- 1 ədəd yaşıl bibər
- 1 kasa pendir (hər növ pendiri etmək olar)
- 2 yumurta
- 1 çimdik duz
- 1 çimdik kəklikotu
- cəfəri
- 1 xörək qaşığı kərə yağı (çörəklərin üzərinə sürtmək üçün)
Hazırlanma qaydası:
İlk öncə bibərləri və pomidorları yuyun və xırda kubiklər şəklində doğrayın. Dərin bir qabın içərisinə doğranmış pomidor və bibərləri tökün, üzərinə pendir, duz, kəklikotu, cəfəri və yumurtaları əlavə edib qarışdırın.
Soba sinisinə yerləşdirdiyiniz çörəklərin üzərinə kərə yağı sürtün. Hazırladığınız qarışıqdan çörəklərin üzərinə bölüşdürün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üstü bir az qızarana qədər bişirin.
Nuş olsun!


Еще с сайта: