Bayram hazırlıqlarına artıq başlamısınız? Salat seçimində qərarsız qalmısınızsa, reseptimizi yadda saxlayın.
Bayram hazırlıqlarına artıq başlamısınız? Salat seçimində qərarsız qalmısınızsa, reseptimizi yadda saxlayın.
Öncə yerkökü və yumurtaları qaynadın. Toyuq ətini duzlu suda bişirib, əlinizlə didin. Yerkökünün qabığını təmizləyib sürtgəcin xırda gözündən keçirdin. Yumurtaları və pendiri də həmçinin ayrılıqda xırda gözdən rəndələyin. Sonra isə işin ən maraqlı hissəsinə, salatı hazırlamağa başlayın. Geniş boşqabın ortasına ya xüsusi qab, ya da adı xrustal stəkan yerləşdirib, ərzaqları növbə ilə düzün. Öncə yumurtanı səpib, sonra mayonezləyin. Üzərinə didilmiş əti də səpib, mayonezləyin. Növbəti qat yerköküdür.
Yerkökünün üzərinə rəndələnmişpendir səpib, mayonezləyin. Salatın üzərini kivi və konservləşdirilmiş qarğıdalı ilə bu şəkildə bəzəyib, stəkan və ya digər qəlibi ehtiyyatla çıxardın. Salat hazırdır.
NUŞ OLSUN!