Barakat.az saytı haqda

Порций:   Время приготовления:

Bir qadını ən çox düşündürüb, narahat edən, vaxtından  tez qocaldan bilirsinizmi nədir? “Yeməyə nə bişirəcəm?”sualı. Biz xanımlar demək olar ki, hər gün özümüzə bu sualı veririk. Gündəlik problemlər, işdə yorğunluq, ailə, uşaq qayğılarından bol zaman tapıb, istədiyimiz yeməkləri  hazırlamağa imkanımız olmur.

b

Bəs minimum vaxt kəsiyində ləzzətli, doyumlu, cibimizə sərfəli, fərqli, halal və gigienik ərzaqlardan xörək bişirmək mümkündürmü? YOX deyə düşünürsünüzsə demək ki, Barakat.az şirkəti  ilə  hələ tanış deyilsiniz.

Barakat Home Cooking şirkəti haqda

Barakat Home Cooking şirkəti 2017-ci ilin yanvar ayından, bir çox ölkədə məşhur olan kulinar xidməti Azərbaycana gətirib. Bəs bu xidmət nədən ibarətdir?

b1

Adətən kulinar saytlara daxil olub, reseptlərə nəzər saldıqca hansısa ərzağın soyuducumuzda olmamasına və ya istifadə edilən ədviyyatı mağazalarda tapmamağımıza üzülüb, o xörəyi bişirməkdən vaz keçirik. Məcbur qalıb hər gün yediyimiz yeknəsək xörəklərdən birini hazırlayırıq. Ən yaxşı halda kafe və ya restoranlardan tərkibinə əmin olmadığımız fast food sifariş edirik. Bəzən də, “qeyri-adi yemək hazırlayacam” deyib, ərzaqların qədərini düzgün hesablamırıq. Nəticədə həm zəhmətimiz, həm də xərclədiyimiz pul hədər gedir.  Bütün bu uğursuzluqlar bir yana, doğmalarımız hər gün bizdən dadlı və doyumlu xörəklər gözləyir. Özümüzü yormadan, üzmədən onları necə sevindirək?!

İşgüzar analar, evdar xanımlar, yeni ailə qurmuş gənc qızlar, qənaətli menyu axtarişında olan tələbələr, barakat. az saytı hamınızın istəklərini nəzərə alıb, Sizə möhtəşəm xidmət təqdim edir.

b2

Barakat.az saytında hər şey 1, 2, 3 kimi asandır.

  1. Sizdən tələb olunan www.barakat.az saytına daxil olub, istədiyiniz menyunu seçməkdir. Sonra, növbəti həftəyə 3 və ya 5 günlük şəm yeməyi üçün ərzaq səbətini sifariş edirsiniz. Sifarişi cari həftənin cümə gününədək etmək olar. Səbətlər 2, 3 və ya 4 nəfərlikdir. 

Ödənişi həm sifariş aldığınız gün nəğd və ya plastik kartla mobil terminaldan, eləcə də, onlayn olaraq plastik kartla saytdan edə bilərsiniz. 

b3

  1. Aşpazlar sizin üçün səbətləri hazırlayır: ilkin emalını edir - təmizləyir, doğrayır, ölçür. Sonra bütün ərzaqları paketlərə qablaşdırıb, vakuumlaşdırılır ki, daha uzun müddət təzə qalsınlar. Bundan sonra hər bir günün şam yeməyini ayrıca paketləşdirilir və çatdırılma anınadək ehtiyyatla qorunur.b4
  2. Kuryerlər sifarişinizi şənbə və ya bazar günü sizə rahat zamanda ünvanınıza çatdırır. Həmçinin, sifarişinizi BARAKAT.AZ-ın ofisindən birbaşa özünüz də, götürə bilərsiniz.b5

Sifariş detallarının təsdiqi üçün operatorlar sizinlə telefon əlaqəsi saxlayırlar. 

Sifarişinizi əldə etdikdən sonra, hər günün paketini istifadə edən zaman onun içinə qoyulmuş izahlı reseptə əməl edərək cəmi 30 dəqiqə ərzində ləziz, xörəklər bişirirsiniz. Bəli, bəli düz oxudunuz - cəmi 30 dəqiqə. Sizin rahatlığınızı düşünən kulinarlarla birgə elə menyu hazırlanır ki, hər bir yeməyi bişirməyə cəmi yarım saat vaxt sərf edəsiniz.b6

Hələ də, sifariş etməmisiniz? Bəs nəyi gözləyirsiniz?

Barakat.az ilə birgə hər gününüz bərəkətli olsun!

Ətraflı məlumat üçün www.barakat.az saytında daxil olun. Yeniliklər haqqında məlumat əldə etmək üçün  BARAKAT HC  facebook səhifəsini bəyənib, izləyin.

Метки записи: