“Banoffi” (İngilis mətbəxi)
Порций:
Время приготовления:
Tərkibi:
Alt qat üçün:
-
120 qr peçenye
-
50 qr duzlu çubuq kreyker
-
100 qr kərə yağı
Karamel üçün:
-
200 qr ağ və ya qəhvəyi şəkər tozu
-
50 qr su
-
80 qr kərə yağı
-
120 qr 33% qaymaq
Ara qatı üçün:
-
2 ədəd banan
Krem üçün:
-
100 qr maskarpone pendri
-
100 qr qaymaq (33%-lik)
Hazırlanma qaydası:
İlk öncə peçenyeni blenderdə xırdalayın.
Çubuq kreykeri də blenderdlə xırdalayın.
Bir qaba peçenye, kreyker və mikrodalğalı sobada yumşaldılmış kərə yağını töküb qarışdırın.
Diametri 16-18 sm olan kənarları açılan formanın altına qarışığı töküb əlinizlə (kənarlarına çıxacaq qədər) yayın.
Stəkanın alt hissəsiylə möhkəm basaraq hamarlayın. Dincəlməsi üçün formanı soyuducuya yerləşdirin.
Karamelli sous üçün şəkər tozu (ağ və ya qəhvəyi) və suyu bir qazanda karamelize olanadək qaynadın.
Ocaqdan götürün və üzərinə soyuq kərə yağı əlavə edin. Çox az qızıdırlmış qaymağı (120 qr 33% lik qaymaq) da əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.
Soyuducudan formanı götürün. Peçenyeli alt qatın üzərinə karamelli sousu tökün.
Bananları dilimləyib üzərinə yerləşdirin.
Krem üçün qaymağı mikserlə çırpın, üzərinə maskarpone pendirini əlavə edib krem olanadək çırpın. Desertin üzərinə çalınmış qaymaqlı krem yaxıb yarım saatlıq soyuducuya yerləşdirin.
Nuş olsun!
Еще с сайта: