Cəmi 15 dəqiqəyə həm faydalı həm də ləzzətli şirniyyat hazırlamaq istəyirsiniz. O zaman Bananlı Peçenye reseptini sınayın.
Bananlı peçenye
Bananlı peçenyenin tərkibi:
- 2 ədəd dəymiş banan
- 1 stəkan yulaf yarması
- bir ovuc xırda doğranmış fındıq ləpəsi və kişmiş
- 50 qr damla şokolad
- 1 çimdik darçın
Hazırlanma qaydası:
Bananlar yulaf yarması ilə qarışdırılaraq, çəngəllə əzilir. Üzərinə darçın, fındıq ləpəsi və kişmiş əlavə edilir. Qarışdırmağa davam edirik. Hazır xəmirdən kiçik hissələr ayırıb, üzərinə zövqə görə damla şokolad da səpirik. 180 dərəcədə 10 dəqiqə bişiririk.
NUŞ OLSUN!