Hər bir uşaq bayramının bəzəyi olacaq qeyri-adi və dadlı desert axtarırsınız? Elə isə həm böyüklərin, həm də uşaqların məmnuniyyətlə yeyəcəyi bananlı eskimo desertini sınamağı tövsiyyə edirik.
Bananlı eskimo
Tərkibi:
- 2 ədəd banan
- 100 qr tünd şokolad
- Üzərinə zövqə görə qoz-fındıq, kokos, rəngli tort bəzəkləri və s..
Hazırlanma qaydası:
Bananların qabığını soyun və iki bərabər hissəyə bölün. Dondurma çubuğunu hər bir bölünmüş banana batırın və 30 dəqiqəlik soyuducuya yerləşdirin.
Şokoladı su hamamında əridin. Bir boşqaba kokos, digər boşqaba qoz-fındıq (xırdalanmış) tökün.
Soyuyan bananları növbə ilə əridilmiş şokolada, sonra isə kokos və yaxudda qoz-fındığa bulayın. Hazır eskimoları yağlı kağız sərilmiş bir qaba düzün və 40-60 dəqiqəlik soyuducunun dondurucu hissəsinə yerləşdirin.
Nuş olsun!





