Yulaf yarmasından çox xeyirli və dadlı peçenye bişirmək olar. Bu gün sizlərə yulaf yarması və balla hazırlanan, südlə və ya çayla süfrəyə verilən peçenye reseptini təqdim edirik.
Ballı yulaf peçenyesi
Порций:
Время приготовления:
Tərkibi:
- ½ stəkan bitki yağı
- ½ stəkan bal
- ¼ stəkan qəhvəyi şəkər tozu
- 1 ədəd yumurta
- 1 çay qaşığı vanil
- 1,5 stəkan yulaf yarması
- 1 stəkan un
- ½ çay qaşığı soda
- ¼ çay qaşığı duz
- ½ stəkan damla şokolad
Hazırlanma qaydası:
Bir qabda bitki yağı, bal və qəhvəyi şəkər tozunu mikserlə çırpın. Üzərinə yumurta və vanili də əlavə edib krem halına gələnədək çırpmağa davam edin. Başqa bir qabda yulaf yarması, un, soda və duzu qarışdırın. Maye kütlənin üzərinə əlavə edib birlikdə çaldıqdan sonra damla şokolad əlavə edib qarışdırın.Yağlı kağız sərilmiş soba sinisinə qaşıqla kiçik hissələr düzün.175 dərəcə qızdırılmış sobada üzəri az qızaranadək bişirin. Bişdikdən sonra 5 dəqiqə soyumasını gözləyin və sinidən götürün. Hava kecirməyən bir qaba qoyaraq saxlaya bilərsiniz.
Nuş olsun!

Еще с сайта: