Ballı çörək

Порций:   Время приготовления:

Çay süfrələrinin əvəzolunmazı Ballı çörək reseptini təqdim edirik.

Tərkibi:

Xəmiri üçün:

  • 1 stəkan süd

  • 1 paket yaş maya

  • 1 çay qaşığı şəkər tozu

  • 1 ədəd yumurta

  • 2 stəkan un

İçlik üçün:

  • yarım stəkan bal

  • 3 qaşıq kərə yağı

Üzəri üçün:

  • kərə yağı

  • bal

Hazırlanma qaydası:

İlk öncə bal və kərə yağını qarışdırın.

Xəmir üçün bir qabda yaş maya, süd, yumurta, şəkər tozu və un töküb xəmir yoğurun. Xəmirin üzərini örtüb 1 saatlıq acıması üçün kənarda saxlayın.

Xəmirləri bərabər hissələrə bölün və kündələrin içərisinə ballı- kərə yağlı qarışığı qoyun. Kündələri yuvarlayın və soba sinisinə düzün.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişən çörəklərin üzərinə kərə yağı yaxın və bal gəzdirin.

 Nuş olsun!

Метки записи: