Əziz dostlar, balıqdan tez başagələn və ləziz xörək bişirmək istəyirsiniz? Elə isə bu Balıq buğlaması reseptini yoxlayın. Ümumiyyətlə dəniz məhsulları saglamlıq üçün çox əhəmiyyətlidir. Həftədə heç olmasa 1 dəfə balıq yemək, bütün oqanizmin fəaliyyətini gücləndirir. Buğlamasını istədiyiniz balıq növündən bişirə bilərsiniz. Mən somon (qızıl) balığından hazırladım. Bunun üçün bizə lazım olacaq:
Balıq buğlaması
Ərzaqlar:
- 400 qr somon balığı
- 2 baş soğan
- 2 x/q palçıq turşu
- 2 x/q narşərab və ya 1 ədəd narın dənələri
- Duz, istiot
Hazırlama qaydası:
Öncə balığı yaxşı yuyub, təmizləyib, bıçaqla ortaöıçülü hissələrə kəsirik. Qazana düzürük. Üzərinə duz, istiot səpib, turşu və narşərab tökürük. Soğanları da halqa formasında kəsib, əlavə edirik. Az odda, öz yağında bişririk. 20 dəqiqəyə yeməyimiz hazırdır. Nuş olsun!