Balığın yeyilmə təqvimi (SİYAHI)

Порций:   Время приготовления:

İqlim xüsusiyyətləri balığın keyfiyyətinə, dadına və miqdarına təsir edir. Bəzi balıqlar müəyyən aylarda daha çox tutulur. Hər balığın yağlandığı bir ay var və balıqlar yağlandıqda ətləri də çox ləzzətli olur. Balıq alarkən diqqət ediləcək ən önəmli şey balığın təzə olmasıdır. Təzə balığın qəlsəmələri qırmızı, dərisi tarım, gözləri parlaq və xaricə doğru, pulcuqları sıx, quyruğu da dik olur. Əlbəttə, ən önəmlisi balıq alarkən balıq təqviminə uyğun seçilməlidir.

Balıq təqvimi hansı balığın, hansı ayda həqiqi dadına çatdığını və istifadə edilməsini göstərir.


Yanvar

Bu ayda kefal, kilkə, lüfər, palamut, skumbriya, stavrida balığı daha ləzzətlidir.

Fevral

Qalxan balığının mövsümüdür. Barbunya balığı, aterina balığı və kefal ləzzətlidir.

Mart

Bu ay kefal, lavrak və qalxan balığının ən ləzzətli olduğu vaxtıdır. Barbunya balığı bu ayda boldur və çox ləzzətlidir.

Aprel

Balıq növlərinin bol olduğu bir vaxtdır. Qalxan balığının ən ləzzətli və ən bol olduğu zamandır. Eşkina balığının mövsümü başlayır, çox ləzzətlidir. Aterina balığı, kefal, mezgit balığı, barbunya balığı ləzzətlidir və çox tutulur. İynəbalığı bu ayda da davam edir.

May

Bu ayda lavrak, barbunya, dil balığı ləzzətlidir. Kefal hələ də ləzzətlidir.

İyun

Bu ayda ən ləzzətli balıq qaragözdür, yağlanıb ləzzətlidir. Qaranquş balığı da ləzzətlidir.

İyul

Balığın ən az olduğu aydır. Sardina mövsümü başlayıb, Oktyabrın ortasına qədər yeməlidir.

Avqust

Sardinanın ən ləzzətli vaxtlarıdır. Qılınc balığı, mərcan balığı, xanı balığı çox ləzzətlidir. Smarida balığı yağlanıb ləzzətlidir.

Sentyabr

Bu ayda artıq balıq mövsümü açılır. Sardina və qılınc balığı ləzzətlidir. Palamut yağış suyunu içdikcə iriləşib, eyni zamanda bollaşıb.

Oktyabr

Lüfər ləzzətlidir, stavrida da yağlanmışdır. Palamut boldur. Barbunya balığının ən yağlı və dadlı zamanıdır. Smarida , sardina, lavrak, mərcan, skumbriya, xanı balığı həm boldur, həm də ləzzətlidir.

Noyabr

Məhsuldar və bol balıqlı bir aydır. Skumbriyanın ən yaxşı vaxtıdır. Kilkənin də əsl vaxtıdır və ləzzətlidir.

Dekabr

Kilkə, barbunya, lüfər, palamut, mezgit, stavrida bol və ləzzətlidir. Skumbriya, lüfər və palamut yağlıdır və hər cür yeməyi hazırlanır. Kilkə də ləzzətlidir.

Метки записи: , ,